Tarixdə Bu Gün - 8 May
1883 — Bakı-Tiflis dəmiryolu xətti açıldı.
1902 — Martinikada Mon-Pele vulkanının püskürməsi nəticəsində 20 min insan həlak oldu.
1945 — nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə Avropa ərazisində İkinci dünya müharibəsi başa çatdı.
1945 — Fransa əsgərləri tərəfindən törədilən Setif və Gelma qətliamı nəticəsində yüzlərlə mülki əlcəzairli qətlə yetirildi.
1984 — Londonu su daşqınlarından qorumaq üçün Temza çayı üzərində tikilən bənd istifadəyə verildi.
1992 — Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olundu.
1992 — Azərbaycan Respublikası ilə İtaliya və İsveç arasında diplomatik əlaqələr quruldu.