Tarixdə Bu Gün - 25 Noyabr

25 Kasım 2018
782
0
Tarixdə Bu Gün - 25 Noyabr
25 noyabr: * Alfred Nobel dinamiti patentləşdirmişdir, (1867-ci il). * Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır (1967-ci il).

1917 — Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala bilmişdilər.
1936 — Almaniya və Yaponiya "Antikomintern paktı"nı imzalamışlar.
1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınmışdır.
1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstanın baş naziri Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılmışdır.
1977 — BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul etmişdir.
1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.
1992 — Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanmışdır.
1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılmışdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.