Tarixdə Bu Gün - 1 Oktyabr

01 Ekim 2019
709
0
Tarixdə Bu Gün - 1 Oktyabr

Əhəmiyyətli hadisələr


Dünyada baş vermiş hadisələr

E.ə. 331 – Qavqamel döyüşündə Makedoniyalı İsgəndər I Daraya qalib gəlmişdir.
366 – I Damas papa seçilmişdir.
959 – Edqar bütün İngiltərənin kralı olmuşdur.
965 – XIII İoann papa seçilmişdir.
1553 – I Mariyanın tacqoyma mərasimi keçirilmişdir.
1730 – III Əhməd padşahlıqdan çəkilmək məcburiyyətində qalmışdır.
1787 – Aleksandr Suvorov komandanlığındakı rus ordusu Kinburn döyüşündə Osmanlı ordusunu məğlub etmişdir.
1795 – Cənubi Niderland torpaqları (gələcək Belçika ərazisi) Fransaya birləşdirildi.
1827 – General Paskeviçin rəhbərliyindəki rus qoşunları İrəvan qalasını işğal etmişdir.
1848 – "Simens" şirkətinin əsası qoyulmuşdur.
1853 – Avstriya yəhudiləri torpağa mülkiyyət hüququndan məhrum edilmişlər.
1880 – Tomas Edison ilk lampa fabrikini qurmuşdur.
1887 – Bəlucistan Hindistana birləşdirilmişdir.
1891 – Fransanın "Bordo" futbol klubu yaradılmışdır.
1895 – Fransa Madaqaskarı işğal etmişdir.
1898 – Rus çarı II Nikolay yəhudilərin böyük şəhərlərdən kənarlaşdırılması barədə əmr vermişdir.
1908 – Fordun "T Model" avtomobili satışa çıxartmışdır.
1909 – 24 yanvarda Doqqer Bank döyüşü zamanı, Almaniya zirehli kreyseri olan SMS Blücher Britaniya Krallıq donanması tərəfindən batırılmışdır.
1918 – Seyid Abdulla sonuncu Xivə xanı oldu.
1923 – Ankara Türkiyənin paytaxtı müəyyənləşmişdir.
1936 – General Franko, İspaniyada milliyətçi hökümətə rəhbərlik etmişdir.
1946 – Nürenberq prosesi sona çatmışdır.
1949 – Mao Tse Dunun başçılığıyla Çin Xalq Respublikası qurulmuşdur: Mao, Çin Xalq Respublikasının ilk Sədri seçilmişdir.
1952 – Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açmışlar: 52 nəfər ölmüş, 140 nəfər yaralanmışdır.
1955 – Sintszyan-Uyğur Muxtar Rayonu yaradılmışdır.
1958 – NASA təsis edilmişdir.
1960 – İlk "Zaporojest" minik avtomobili konveyerdən çıxmışdır.
1963 – Əlcəzair prezidenti Əhməd Bin Bella ölkədə fransızlara aid bütün torpaqların milliləşdirilməsi fərmanı vermişdir.
1971 – Florida ştatının Orlando şəhəri yaxınlığında sahəsinə görə dünyanın ən böyük əyləncə mərkəzi olan "Disney World" fəaliyyətə başladı.
1977 – Pele futbolu tərk etmişdir.
1982 – Helmut Kol federal Almaniyanın kansleri seçilmişdir.
1983 – Beynəlxalq ticarət yarmarkasındda baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəymiş, bir nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürmüşdür.
1985 – İsrail qüvvələrinin Tunisdəki Fələstin Azadlıq Təşkilatı (FKT) idarələrinə etdiyi hava hücumunda 68 nəfər ölmüşdür.
1987 – Mixail Qorbaçov Sovet İttifaqının ilk Prezidenti olmuşdur.
1988 – SSRİ milli futbol komandası Braziliya milli futbol komandasını 2:1 hesabı ilə məğlub edərək Olimpiya çempionu oldu.
1988 – Estoniya Xalq Cəbhəsi yaradılmışdır.
1989 – Kopenhagendə ilk homoseksual nikah bağlanmışdır.
1992 – Cartoon Network yayımlanmağa başladı.
1996 – Taliblər Bürhanəddin Rəbbanini devirərək hakimiyyətə gəlmişlər.
1999 – İkinci Çeçenistan müharibəsi başlanmışdır.
2004 – İspaniya parlamenti eyni cinsdən olanların nikahına icazə vermişdir.
2009 – Turbyorn Yaqland Avropa Şurasının baş katibi olmuşdur.

Azərbaycanda olan hadisələr
1588 – I Şah Abbasın tacqoyması.
1918 – Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır.
1919 – Rəhim xanın mənzilində müşavirə keçirilmişdir.
1992 – Nyu-Yorkda BMT qərargahında Azərbaycan Respublikasının nümayəndəliyi işə başlamışdır.
1996 — Azərbaycan Respublikası Qabon ilə diplomatik əlaqələr qurmuşdur.
2001 – Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur.

Doğumlar
1912 – Lev Qumilyov, rus tarixçi.
1923 – Aleksey Temerin, SSRİ operatoru.
1924 – Cimmi Karter, ABŞ-ın 39-cu prezidenti.
1927 – Oleq Yefremov, SSRİ və Rusiya rejissoru, kinorejissoru.
1931 – Əkbər Fərzəliyev, Azərbaycan kino aktyoru, hüquqşünas.
1942 – Lev Əsgərov, Azərbaycan nasiri, publisisti.
1948 – Vaqif Bayatlı Odər, Azərbaycan şairi, tərcüməçisi.
1949 – Almaz Mustafayeva, Azərbaycan aktrisası.
1950 – İmamverdi Əliyev, Azərbaycanın Milli Qəhrəmanı.
1953 – Rafiq Babayev, Azərbaycan nasiri.
1958 – Adil Əsədov, Azərbaycan fəlsəfə elmləri doktoru.
1960 – Mənsum İbrahimov, Azərbaycan xanəndəsi.
1969 – Kazım Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı.
1980 – Elnarə Xəlilova, Azərbaycan müğənnisi və aktrisası.
1981 – Rəşad Abdullayev, azərbaycanlı futbolçu.

Ölümlər

959 — Edviq, İngiltərə kralı.
1167 — Nəcəfqulu xan, Şirvan bəylərbəyi.
1897 — Xurşidbanu Natəvan, azərbaycanlı şairə.
1965 — Əliağa Vahid, azərbaycanlı şair, qəzəlxan.
1965 — Seyid Şuşinski, azərbaycanlı xanəndə.
1987 — Nüsrət Fətullayev, azərbaycanlı teatr xadimi, rəssam.
1992 — Kərəm Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı.
1992 — İlqar İsmayılov, Azərbaycanın Milli Qəhrəmanı.
1992 — Əli Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı.
2011 — Nurəddin Tağıyev, azərbaycanlı rejissor, rejissor assistenti.
2013 — Tom Klensi, amerikalı yazıçı.

Bayramlar və xüsusi günlər

Beynəlxalq Qocalar günü
Beynəlxalq Musiqi günü
Ümumdünya vegetarianlıq günü
Azərbaycan, Prokurorluq işçiləri günü[1]
Nigeriya, Müstəqillik Günü (1960).
Kipr, Müstəqillik Günü (1960).
Tuvalu, Müstəqillik Günü (1978).
Özbəkistan, Müəllim Günü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.