Tarixdə Bu Gün - 24 Yanvar

24 Ocak 2020
460
0
Tarixdə Bu Gün - 24 Yanvar
1909 — Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna d'Arkı müqəddəs elan edib.
1924 — Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.
1940 — Azərbaycan Rus Dram Teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub.
1978 — SSRİ-nin nüvə reaktorlu kosmik raketi "Kosmos 954" okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.
1984 — "Apple" şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.
1992 — Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.
1994 — Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeanına düşüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.