Tarixdə Bu Gün - 1 Noyabr

01 Kasım 2020
850
0
Tarixdə Bu Gün - 1 Noyabr
1604 — Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun Uaythol sarayında səhnəyə qoyulub.
1800 — ABŞ prezidentlərinin iqamətgahı — "Ağ ev" istifadəyə verilib. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams oldu.
1897 — İtaliya futbol klubu Yuventus yaradılıb.
1906 — "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb.
1922 — Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub və sonuncu Osmanlı sultanı VI Mehmed taxtdan endirilib.
1925 — İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub.
1939 — Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib.
1993 — Maastrixt sazişi qüvvəyə minib və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb.
1998 — Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.