Tarixdə Bu Gün - 6 Yanvar

06 Ocak 2022
611
0
Tarixdə Bu Gün - 6 Yanvar
6 yanvar 1838-ci ildə əlaqə saxlanılmasında cığır açan “Morze əlifbası” Səmuel Morze tərəfindən beynəlxalq ictimaiyyətə elan edildi. Özü rəssam olan Səmuel Morze elektromaqnit əsaslı ilk teleqrafı icad etdi.

6 yanvar 1921-ci ildə Anadolunu işğal edən Yunan ordusu Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətini məğlub etmək üçün hərəkətə keçdi. Yunan qüvvələrinin Əskişəhir və Afyon şəhərlərinin şərqinə hücumu ilə tarixdə 1-ci İnönü müharibəsi adı ilə yer alan toqquşma başlandı. Yunan ordusu 2 gün sonra Biləcik şəhərini ələ keçirdi.


6 yanvar 1984-cü ildə Tunis “Çörək üsyanı”na səhnə oldu. Çörək qiymətlərinin 125 faiz artması qarşısında xalq küçələrə axışdı. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə toqquşmaya çevrilən etiraz aksiyalarında 75 nəfər həyatını itirdi, mindən çox nümayişçi saxlanıldı və ölkədə fövqəladə vəziyyət elan edildi.

6 yanvar 2016-cı ildə Şimali Koreya rəhbərliyi ilk dəfə hidrogen bombasını sınaqdan keçirdiyini və sınağın uğurlu olduğunu açıqladı. Punggye-ri Nüvə Mərkəzi yaxınlığında keçirilən sınaq beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb oldu. Ancaq ABŞ rəhbərliyi sınaq keçirildiyinə dair sübut olmadığını bildirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.