Tarixdə Bu Gün - 7 Yanvar

07 Ocak 2022
529
0
Tarixdə Bu Gün - 7 Yanvar
7 yanvar 1946-cı ildə Cümhuriyyətin ilk illərində uğursuz təşəbbüslərdən sonra Türkiyədə çoxpartiyalı parlament sisteminə keçidin ilk addımı atıldı. Cümhuriyyət Xalq Partiyasından ayrılan sabiq baş nazir Calal Bayar, Adnan Məndərəs, Professor Fuad Körpülü və Refiq Koraltan Demokrat Partiyanı qurdu. 3 gündən sonra keçirilən böyük konqresdə partiyanın sədrliyinə Calal Bayar seçildi. Demokrat Partiya 14 may 1950-ci ildə keçirilən seçkidə qələbə qazanaraq Türkiyədə 27 ildir davam edən Cümhuriyyət Xalq Partiyasının tək partiya hakimiyyətinə son qoydu.

7 yanvar 1979-cu ildə 4 il müddətində Kamboçada Qırmızı Kximerlər rejimilə döyüşən Vyetnam dəstələri Kamboçanın paytaxtı Pnom Penhi ələ keçirdi. “Qırmızı kximerlər”in lideri Pol Pot paytaxtı tərk etdi. Ölkədə Vyetnamı dəstəklədiyi yeni rəhbərlik ilə “Qırmızı kximerlər” arasında 1999-cu ilə qədər davam edəcək vətəndaş müharibəsi başladı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.