Tarixdə Bu Gün - 9 Yanvar

09 Ocak 2022
511
0
Tarixdə Bu Gün - 9 Yanvar
9 yanvar 1905-ci ildə çar II Nikolayın paytaxt Sankt-Peterburqdakı Qış Sarayının qarşısında toplanan minlərlə fəhlə, uşaq və qadın Romanovlar ordusu tərəfindən gülləyə tutuldu.

Rusiya tarixinə "Qanlı bazar" adı ilə düşən hadisədə 139 adam həyatını itirdi. Bundan sonra fəhlələr ümumi tətil elan etdilər. Həm Yaponiya ilə sürən müharibə, həm tətil və digər səbəblər ölkəni siyasi böhrana aparıb çıxardı.

Panama kanalı və ətrafının idarəsi ilə bağlı yerli xalq və ABŞ hökuməti arasında yaranan anlaşılmazlıq 1964-cü ilin 9 yanvarında silahlı qarşıdurmaya çevrildi. Hadisələr zamanı 21 panamalı və 3 Amerika əsgəri öldü.

1991-ci ildə Azərbaycanın Qarabağ torpağının Laçın-Şuşa yolunda “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və üç rus hərbçisi erməni silahlıları tərəfindən qətlə yetirildi.


9 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 1959-cu ilin bu günü Beyləqanda dünyaya gəlib.

Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi və Azərbaycan Pedoqoji İnstitutunu bitirən M.Quliyev 1992-ci ilin ilin avqustundan Ağdam bölgəsində erməni-rus birləşmələrilə döyüşdə şücaət göstərib və qəhrəmancasına həlak olub. (1959-1992)

Türkiyə xalqının Milli Qurtuluş Savaşını "Türkün odla imtahanı", "Alovdan köynək" romanlarında əbədiləşdirən yazıçı Xalidə Edip Adıvar 1964-cü ilin 9 yanvarında 80 yaşında İstanbulda dünyasını dəyişib. O, həyat yoldaşı Adnan Adıvarla birgə Qurtuluş Savaşında iştirak etmiş, onbaşı, çavuş rütbələrini almış, müharibədki bir çox hadisələrin canlı şahidi olmuşdu. (1884 - 1964)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.