Tarixdə Bu Gün - 10 Yanvar

10 Ocak 2021
122
0
Tarixdə Bu Gün - 10 Yanvar
Birinci Dünya Müharibəsindən sonra yeni savaşlara mane olmaq məqsədiylə 1920-ci ilin 10 yanvarında mərkəzi İsveçrədə yerləşən Millətlər Cəmiyyəti quruldu. Müharibənin qalibləri tərəfindən qurulan bu cəmiyyət Avropada artan avtoritar rejim və sanksiyalarla əlaqədar 1946-cı ildə dağıldı.

Yunan və Türkiyə orduları arasında 1921-ci ilin 6 yanvarından başlayan qarşıdurmalar yunanların İnönü bölgəsindəki Türkiyə mövqelərinə etdiyi hücumlarla ayın 10-da ən yüksək həddinə çatdı. Amma polkovnik İsmət İnönünün başçılığı altında olan Türkiyə Ordusunun müqavimətini qıra bilməyən Yunanıstan hərbi qüvvələri geri çəkilmək məcburiyyətində qaldı.

Türkiyənin Qurtuluş Savaşı tarixində Birinci İnönü Döyüşü Mustafa Kamal Paşanın öndərliyilə Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən qurulan nizamlı ordunun qazandığı ilk zəfər sayılır.

1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılan məşhur türk şairi Nazim Hikmət Ran 2009-cu il 10 yanvar tarixində “Resmi Gazete”də dərc olunan qərarla ölümündən 46 il sonra yenidən Türkiyə vətəndaşı oldu.

1954-cü ilin bu günü Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. Bu qurğu bir əsrə yaxındır ki, Azərbaycan ərazisinin böyük bir hissəsini işıqla təmin edir.

10 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Azərbaycan memarlıq məktəbinin parlaq simalarından biri olan Ələsgər Hüseynov 1928-ci ilin bu günü anadan olub. Onun yaratdığı nümunələrdə Qərb və Şərq motivləri, İtaliya və Azərbaycan memarlarının zəngin təcrübəsi üzvi surətdə birləşib. (1928-1976)

Azərbaycan Milli Qəhrəmanı Muxtar Qasımov 1958-ci ilin 10 yanvarında Beyləqanda dünyaya gəlib.

1981-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 7 il Qarabağın Xankəndi rayonu, sonra isə Ağdamın mərkəzi xəstəxanalarında çalışıb.

Qarabağ Müharibəsi illərində yüzlərlə yaralı Azərbaycan əsgərinə şəfa verən Muxtar həkim Xocalı facisəsindən sonra taleyini tamamilə cəbhəyə bağlayıb.

1992-ci ildə Ağdam bölgəsində gedən döyüşlərdə də hərbi həkim olan Muxtar Qasımov elə həmin il Naxçivanik kəndində qəhrəmancasına həlak olub. (1958 - 1992)

Fransanın dünyaşöhrətli modelyeri Koko Şanel 1971-ci ilin bu günü həyatdan köçüb. Onun yaratdığı paltar nümunələri müasir dövrdə də xanımların bəyəndikləri geyimlərdir.

Məhz Koko Şanel ilk dəfə qara rəngi dəbə mindirib.

Məşhur “Şanel” ətri də onun adı ilə bağlıdır. (1883-1971)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET