Tarixdə Bu Gün - 13 Yanvar

13 Ocak 2022
520
0
Tarixdə Bu Gün - 13 Yanvar
13 yanvar 1920-ci ildə İzmir şəhərinin yunan ordusu tərəfindən işğalı qarşısında İstanbulda böyük bir mitinq keçirildi. Təqribən 150 min nəfərin iştirak etdiyi və işğala etiraz edilən mitinqdə şair Mehmet Əmin Yurdakul, Hamdullah Suphi Tanrıövərlə yanaşı Xalidə Edip Adıvar da etdiyi çıxışlarla diqqət cəlb etdilər.

13 yanvar 1966-cı ildə Lindon Conson 1964-cü ildə Türkiyədə dövrün baş naziri İsmət İnönüyə göndərdiyi və Türkiyə-ABŞ əlaqələrinə ciddi zərbə vuran “Conson məktubu” ilk dəfə mətbuatda yer aldı. İki il müddətincə ictimaiyyətdən gizlənən məktubunda Conson Türkiyənin Kıbrısa müdaxilə etməsi halında Amerikan silahlarından istifadə edə bilməyəcəyini dilə gətirirdi. Məktubda həmçinin SSRİ-nin Türkiyəyə hərbi müdaxiləsi olacağı təqdirdə NATO müqaviləsinin qüvvədə olmayacağı da vurğulanırdı. İsmət İnönünün bu xəbərdarlığa cavabı isə “Dünya yenidən qurulur, Türkiyə də o dünyada öz yerini alır” oldu.

13 yanvar 2012-ci ildə Şimali Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənkdaş 88 yaşında həyatını itirdi. Dənkdaşın cənazəsi 17 yanvarda keçirilən mərasimdən sonra Cümhuriyyət Parkındakı abidə məzara dəfn edildi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.