Tarixdə Bu Gün - 18 Yanvar

Birinci Dünya Müharibəsində məğlub olan dövlətlərlə müqavilər bağlamaq üçün müttəfiq dövlətlərin nümayəndələrindən ibarət Paris Sülh Konfransı 1919-cu ilin 18 yanvar tarixində işə başladı. 32 ölkə təmsilçisinin iştirak etdiyi konfransda, başda Avropanın olmaqla, dünya xəritəsi yenidən şəkilləndirildi.
1993-cü ilin 18 yanvarında Türkiyənin şimal-şərqi Anadolu bölgəsində yerləşən Bayburt şəhərinin Üzengili kəndində uçqun faciəsi yaşandı. Hadisədə 59 adam həyatını itirdi.