Tarixdə Bu Gün - 20 Yanvar

20 Ocak 2021
148
0
Tarixdə Bu Gün - 20 Yanvar
Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyası olan "Teşkilati-Esasiye" 1921-ci ilin 20 yanvarında Türkiyə Böyük Millət Məclisində qəbul edildi. 24 maddəlik konstitusiyada Qüvvələr Birliyi Qanununun da təməli atıldı.

İran və ABŞ arasındakı girov böhranı 1981-ci il 20 yanvarda sona çatdı: Tehran hökuməti 444 gündür girov tutulan 52 amerikalının sərbəst buraxıldığını açıqladı.

1990-cı il yanvarın 20-nə keçən gecə Bakıya yeridilən sovet ordusu hissələri dinc sakinlərə qanlı divan tutdu.

Rəsmi məlumata görə, silahlı müdaxilə nəticəsində 140 nəfərə qədər insan həlak oldu, 700-dən çox adam yaralandı, 290 nəfərsə ömürlük əlil qaldı.

Az sonra Azərbaycan prezidentinin fərmanı ilə 138 nəfərə “20 Yanvar şəhidi” adı verildi.

1991-ci ilin 20 yanvarında Sovet ordusu artıq öz müstəqilliyini elan etmiş Latviyanın paytaxtı Riqaya girdi.

Çox az adam bilir ki, Riqadakı Domsk kilsəsində iki fotostend üzbəüz qoyulub: onlardan biri Latviya paytaxtında olmuş faciədən, digəri isə Bakıda törədilmiş Qanlı Yanvardan söz açır.

Türkiyə-Suriya sərhədində artan narahatlıq və terror təhdidilə əlaqədar 20 yanvar 2018-ci ildə Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsinə Zeytun Budağı Hərəkatına başladı.

20 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Türkiyənin böyük şairi və dramarurqu Nazim Hikmət 1902-ci ilin bu günü anadan olub.

İnqilabi türk poeziyasının banisi kimi tanınan N.Hikmətin yaradıcılığı bütövlükdə 20-ci əsr dünya ədəbiyyatının inkişafına təsir göstərib.

Cəsarətli fikir və ideyalarına görə Nazim Hikmət dəfələrlə sürgündə olub.

Şairin Azərbaycan və Bakı ilə bağlı xatirələri də şeir və poemalarında əksini tapıb. (1902-1963)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET