Tarixdə Bu Gün - 23 Yanvar

23 Ocak 2021
109
0
Tarixdə Bu Gün - 23 Yanvar
1556-cı ilin 23 yanvar tarixindә ‘‘Әn çox insanın hәlak olduğu zәlzәlә’’ olaraq tarixә keçәn ‘‘Şensi zәlzәlәsi’’ Çinin şimal-qәrbindә baş verib. 8 bal gücündәki zәlzәlә nәticәsindә tәxminәn 830 min nәfәr hәlak olub.

1973-cü ilin 23 yanvar tarixindә Amerika Birlәşmiş Ştatları ilә Şimali Vyetnam birliklәri arasında 10 il әvvәl başlayan ‘‘Vyetnam müharibәsi’’ Parisdә imzalanan atәşkәs ilә sona çatsa da, atәşkәs rejiminin müddәti çox az davam edib. Amerika Birlәşmiş Ştatlarının son әsgәrlәrinin 1973-cü ilin mart ayında Vyetnamdan çıxmasından sonra iki il әrzindә kommunist Vyetkonq qüvvәlәri ilә ABŞ tәrәfindәn dәstәklәnәn Cәnubi Vyetnam birliklәri arasında qarşıdurmalar davam etdi. 1975-ci ilin 30 aprel tarixindә Şimali Vyetnam birliklәrinin Cәnubi Vyetnamın paytaxtı Sayqonu nәzarәtinә keçirmәsi nәticәsindә ‘‘Vyetnam müharibәsi’’ sona çatdı.

1989-cu ilin 23 yanvar tarixindә ispaniyalı rәssam Salvador Dali 85 yaşında vәfat edib. Salvador Dali Pikasso ilә birgә sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biridir.

2008-ci ilin 23 yanvar tarixindә Yunanıstan baş naziri Kostas Karamanlis Türkiyәyә tarixi sәfәr edib.Karamanlis Türkiyәyә 49 il sonra sәfәr edәn ilk Yunanıstan baş naziridir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET