Tarixdə Bu Gün - 25 Yanvar

25 Ocak 2021
168
0
Tarixdə Bu Gün - 25 Yanvar
Böyük Səlcuq imperiyasının hökmdarı Toğrul bəy 1058-ci ilin 25 yanvarında xəlifə tərəfindən qılınc bağışlanaraq "Şərqin və Qərbin hökmdarı" elan edildi.

İlk türkcə lüğət olan "Divani-Lüğəti-Türk" Mahmud Qaşqarlı tərəfindən 25 yanvar 1072-ci ildən yazılmağa başlandı. İki ilə tamamlanan lüğət ümumtürk mədəniyyətinin ən mühüm yazılı əsərləri arasında yer alır.

Afrika qitəsinin ən qəddar diktatoru İdi Amin 1971-ci ilin 25 yanvarında etdiyi hərbi çevrilişlə dövlət başçısı Milton Obeteni devirdi və Uqanda hökumətinin başçısı oldu.

İqtidarda qaldığı 1979-cu ilə qədər Uqandadakı qırğınlarla adı hallanan İdi Amin Tanzaniyaya elan etdiyi müharibədə uduzunca aprelin 13-də ölkədən qaçaraq Liviya, İraq və sonra isə Səudiyyə Ərəbistanına sığındı, 2003-cü ildə 78 yaşında öldü.

1988-ci ilin bu günündən erməni separatçılarının etnik təmizləmə siyasətinin ilk dalğası nəticəsində minlərlə azərbaycanlı doğma yurdlarını tərk etməyə məcbur oldu. Lakin o vaxtkı Azərbaycan rəhbərliyi bu fakta laqeyd münasibət bəsləyərək seyrçi mövqe tutdu. Nəticədə sonralar Ermənistan ərazisindəki bütün azərbaycanlılar tarixi vətənlərindən didərgin düşdülər.

2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. O gündən Azərbaycan Respublikası həmin nüfuzlu qurum qarşısında götürdüyü öhdəliklərini uğurla yerinə yetirir.

Təşkilatın ən fəal üzvlərindən olan Azərbaycan Respublikasının Avropa Şurasının tədbirlərində qazandığı ən böyük uğurlardan biri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olmasıdır.

25 yanvar 2019-cu ildə Braziliyanın Brumadinho şəhərində mədən tullantı suyunun olduğu anbar dağıldı, hadisə zamanı 200-dən çox adam həyatını itirdi.

25 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Azərbaycanın məşhur milyonçusu və dünyaşöhrətli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev 1823-cü ilin bu günü anadan olub.

Gənclik illərində bənna işləyən, 59 yaşından (1872) isə artıq sahibkar adı ilə tanınan Hacı Zeynalabdin qısa müddətdə xeyriyyəçi tədbirlərilə şöhrət tapıb. O, 1900-cü ildən toxuculuq fabriki, milli teatr binası inşa etdirib, məktəb və mədəni-maarif cəmiyyətlətinin açılması, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edib, “Xəzər manifaktura cəmiyyəti” (1911) və “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti”ni (1916) qurub.

Məlumata görə, 1917-ci ilin sonlarına yaxın onun kapitalı təxminən 30 milyona çatıb.

Hacı Zeynalabdin Tağıyev sağlığında ən yüksək titul və rütbələr, orden və medallarla təltif olunub. (1838-1924)

Azərbaycanın görkəmli hüquqşünaslarından biri, ilk hüquq professoru olan Mustafa Vəkilov1899-cu il 25 yanvarda Tiflisdə dünyaya gəlib. Gürcüstanın paytaxtında kişi gimnaziyasını bitirdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin oradakı nümayəndəliyində tərcüməçi işləyib.

Parlamentin xüsusi qərarına əsasən təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilən Mustafa Vəkilov bu ali məktəbi bitirdikdən sonra hüquq magistri elmi dərəcəsini alıb.

1924-1937-ci illərdə ədliyyə orqanları və ali məktəblərdə çalışıb, eyni zamanda, elmi tədqiqat və tərcümə işi ilə məşğul olub. Ailə hüququ, hüquq və əxlaq mövzularında əsərlər, həmçinin mülki hüquq haqqında dərslik yazıb.

Mustafa Vəkilov 1937-ci ildə “Əks-inqilabi millətçi təşkilatın üzvü” ittihamı ilə həbs olunaraq sürgünə göndərilib və 1943-cü ildə 44 yaşında sürgündə dünyasını dəyişib. (1899-1943)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET