Tarixdə Bu Gün - 26 Yanvar

26 Ocak 2022
497
0
Tarixdə Bu Gün - 26 Yanvar
1700-cü ilin 26 yanvarında Şimali Amerikanın Sakit Okean sahillərində təxminən 9 bal gücündə zəlzələ baş verdi. "Kaskadya" adı verilən bu zəlzələ min kilometrlik bir xətt cızdı. Yaponiya sahillərinə qədər uzanan, nəhəng sunami fırtınasına gətirib çıxaran zəlzələdə həyatını itirənlərin sayı tam təsbit edilə bilmədi.

1947-ci ildə müstəqilliyini elan etmiş Hindistan 3 il sonra – 1950-ci ilin 26 yanvar tarixində yeni konstitusiya ilə respublika dövlət quruluşunu qəbul etdi.


1990-cı il yanvarın 26-da Sovet ordu hissələri Azərbaycana qarşı cəza aksiyasını davam etdirərək Neftçala və Lənkaran şəhərlərinə soxuldular. Sovet əsgərlərilə toqquşmada 8 yerli vətəndaş həlak oldu.

26 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Köçərli 1863-cü ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib.

Qori Seminariyasını bitirən Firudin bəy bir müddət İrəvan Gimnaziyası, sonra isə Qori Seminariyasında dərs deyib. Ədəbi fəaliyyətə də bu illərdə başlayıb. Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərlər sayılan “Azərbaycan ədəbiyyatı” və “Mirzə Fətəli Axundov” kitabçalarını nəşr etdirib, “Azərbaycan türk ədəbiyyatı” (1908) adlı fundamental əsər yazıb.

1918-ci ildə Qori Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürərək onu müstəqil milli seminariyaya çevirən Firudin bəy Köçərli 1920-ci ildə məşhur Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs olunaraq güllələnib. (1863-1920)

Əsgərlikdən sonra siyasətə atılan, Türkiyə Qurtuluş Savaşının Şərq Cəbhəsi komandiri, təqaüdçü general, 1946-cı ildə Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Kazım Qarabəkir bu vəzifəyə gələndən 2 il sonra - 1948-ci ilin 26 yanvarında 66 yaşında həyatdan köçüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.