Tarixdə Bu Gün - 28 Yanvar

28 Ocak 2021
118
0
Tarixdə Bu Gün - 28 Yanvar
1920-ci ilin 28 yanvar tarixindә Misakı Milli Osmanlı Dövlәtinin Mebusan Mәclisi tәrәfindәn qәbul edilib. Әrzurum vә Sivas konqreslәrindә әsas xәtlәri müәyyәn edilәn vә altı müddәadan ibarәt olan Misakı Milli Osmanlı Dövlәtinin parçalanmasının qarşısını almaq üçün bir addımdı. Misakı Millinin elan edilmәsindәn sonra müttәfiqlәr bәzi millәt vәkillәrini Maltaya sürgün etdi vә istanbulu işğal etdi.

1982-ci ilin 28 yanvar tarixindә Türkiyәnin Los Ancelesdәki Baş Konsulu Kemal Arıkan evinә gedәrkәn iki ermәni terrorçu tәrәfindәn qәtlә yetirilib.

1986-cı ilin 28 yanvar tarixindә ABŞ-ın ‘‘Challenger’’ adlı kosmik gәmisi kosmosa buraxıldıqdan 73 saniyә sonra havada partlayıb. Partlayış nәticәsindә yeddi astronavt hәlak olub.

2007-ci ilin 28 yanvar tarixindә İraqın Nәcәf şәhәrinә daxil olmaq istәyәn Amerika qüvvәlәri ilә şiә qruplaşmalar arasında qarşıdurma olub. Hadisә nәticәsindә tәxminәn 300 nәfәr hәlak olub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET