Tarixdə Bu Gün - 29 Yanvar

29 Ocak 2022
467
0
Tarixdə Bu Gün - 29 Yanvar
29 yanvar 1923-cü ildə Türkiyə torpaqlarında yaşayan rumlar ilə Yunanıstanda yaşayan türklərin yer dəyişmələrinə imkan yaratmaq məqsədilə Türkiyə ilə Yunanıstan arasında Lozanna əhali mübadiləsi müqaviləsi imzalandı. Müqavilə 6 avqust 1924-cü ildə qüvvəyə mindi və təqribən 1 milyon rum Yunanıstana, 500 minə yaxın türk isə Türkiyəyə köç etmək məcburiyyətində qaldı. Türkiyədə İstanbul, Gökçəada və Bozcadada yaşayan rumlar, Yunanıstanda isə Qərbi Trakyada yaşayan türklər mübadiləyə daxil edilmədi.

29 yanvar 1988-ci ildə Yunanıstan Ali Məhkəməsinin “Qərbi Trakya Türk Müəllimlər Birliyi” və “Gümülcinə Türk Gənclər Birliyi”nin bağladılmasına qərar verməsi qarşısında 20 mindən artıq Qərbi Trakya Türkü etiraz aksiyası keçirdi. Yunan polisi aksiyaçılara zorakılıq tətbiq etdi. Baş verən hadisələrdə onlarla Türk yaralandı. Bu tarix həmin gündən bəridir Qərbi Trakya Türkləri tərəfindən “Milli müqavimət günü” kimi qeyd olunur.

29 yanvar 2009-cu ildə baş nazir Rəcəb Tayyib Ərdoğan Davos zirvə yığıncağında Türk diplomatiya tarixinə “One minute” olaraq düşən çıxışını etdi. Ərdoğan Fələstin xalqına istiqamətli İsrail dövlətinin zorakılığını tənqid edərkən sözünün kəsilmək istəməsinə və paneldə iştirak edən İsrail prezidenti Şimon Peresə daha çox danışmaq haqqı verilməsinə reaksiya göstərdi. Baş nazir Ərdoğan Peresi “Siz öldürməyi yaxşı bilirsiniz” sözlərilə hədəf aldı və “Davos zirvəsi mənim üçün bitmişdir” deyərək yığıncağı tərk etdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.