Tarixdə Bu Gün - 4 Fevral

04 Şubat 2022
425
0
Tarixdə Bu Gün - 4 Fevral
Əhəmiyyətli hadisələr
1719 — I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin siyahıya alınmasına fərman vermişdir.
1935 — Moskva metrosu sınaq müddətinə istismara verilmişdir.
1945 — Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlamışdır.
1948 — Britaniyanın müstəmləkəsi olan Seylon adası müstəqilliyini elan etmişdir.
1972 — İngiltərə və daha 9 dövlət Banqladeşin (Şərqi Pakistan) müstəqilliyini tanımışdır.
1985 — BMT-nin işgəncələrin qadağan olunması haqqında konvensiyası qüvvəyə minmişdir.
1999 — Polkovnik Uqo Çaves Venesuelada hakimiyyəti ələ keçirmişdir.
2003 — Serbiya və Monteneqro respublikalarının konstitusiyaları qəbul edilmişdir.
2004 — Facebook sosial şəbəkəsi meydana gəlmişdir.
2005 — Yuliya Timoşenko Ukraynanın baş naziri seçilmişdir.

Doğulanlar
1881 — Kliment Voroşilov, Sovet İttifaqı Marşalı
1897 — Lüdviq Erhard Almaniya kansleri.
1921 - Lütfi Zadə - azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru.
1939 — Tariyel Qasımov - azərbaycanlı aktyor.
1945 — Polad Bülbüloğlu - azərbaycanlı bəstəkar.
1954 — Andrey Karlov, Rusiya Federasiyasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
1959 — Şəmistan Əlizamanlı - Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri.

Ölənlər
1871 - Şeyx Şamil - III Dağıstan və Çeçenistan əmiri (1834-1859)
1974 — Zahid Xəlilov - Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti (1962-1967)

Bayramlar və xüsusi günlər
Dünya Xərçəng günü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.