Tarixdə Bu Gün - 9 Fevral

09 Şubat 2022
438
0
Tarixdə Bu Gün - 9 Fevral
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
1632 — Osmanlı padşahı IV Murada qarşı başlayan birinci yeniçəri üsyanı
1801 — Avstriya ilə Fransa arasında Lunevill sülhü bağlanılır.
1920 — Parisdə imzalanan müqavilə ilə Şpitsberqen adasının statusu müəyyən edilib
1934 — Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb
1948 — Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya qəbul edilib.
1969 — “Boeing 747”-nin ilk uçuşu həyata keçirilib.
1991 — Litva SSR əhalisi referendumda müstəqilliyinə səs verib
1996 — Almaniyanın Darmştad şəhərində atom kütləsi 277 olan yeni element sintez edilib
2004 — “Mozilla Firefox 0.8” veb brauzeri satışa çıxarılıb.

Azərbaycanda olan hadisələr
1905 — Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb
1924 — Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına (Naxçıvan MSSR) çevrilməsi təsdiq edilmişdir.
1931 — 7-ci Ümumazərbaycan Sovetlər Qurultayı başlayıb. Qurultay 16 fevralda başa çatıb
1994 — Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və bir çox sahələrdə əməkdaşlığa dair protokollar imzalanıb
1995 — Azərbaycan Respublikası Bosniya və Herseqovina ilə diplomatik əlaqələr qurmuşdur.

Doğumlar
1441 — Əlişir Nəvai - özbək şairi və mütəfəkkiri.
1846 — Vilhelm Maybax - Alman avtomobil konstruktoru
1946 – Ələsgər Məmmədoğlu – Azərbaycan teatr və kino aktyoru.

Ölümlər
1881 — Fyodr Dostoyevski - Rus yazıçısı
1984 — Yuri Andropov - Sovet lideri
Bayramlar və xüsusi günlər
Beynəlxalq Təhlükəsiz İnternet Günü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.