Tarixdə Bu Gün - 11 Fevral

11 Şubat 2022
465
0
Tarixdə Bu Gün - 11 Fevral
Əhəmiyyətli hadisələr
1943 - Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
1945 Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.

Dünyada olan hadisələr
1873 - İspaniyada Birinci Respublika bərqərar olub.
1953 - SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
1959 - Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1979 - İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
1990 - Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
2005 - Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.

Azərbaycanda olan hadisələr
1920 - Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 - Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
1921 - Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb.
1935 - Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb.
1984 - Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
1992 — Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
2000 — Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
2006 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb.

Doğumlar
1847 – Tomas Alva Edison – amerikalı elektrotexnik, ixtiraçı (ö. 1931)
1914 – Rəmziyyə Veysəlova – Xalq artisti.
1969 – Cennifer Eniston – amerikalı aktrisa.

Ölümlər
1829 – Aleksandr Qriboyedov – rus səfiri, Tehranda qətlə yetirilib.
1948 – Sergey Eyzenşteyn – Sovet kinorejissoru.
1980 – Əliağa Kürçaylı– Azərbaycan şairi
1981 – Möhsün Sənani – Azərbaycan aktyoru.
2009 – Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib.
2012 – Elza İbrahimova – Azərbaycan bəstəkarı.
2012 – Uitni Hyuston – ABŞ müğənnisi.

Bayramlar və xüsusi günlər
Azərbaycan Azərbaycan, Vergi xidməti işçilərinin peşə bayramı günü
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.