Tarixdə Bu Gün - 23 Noyabr

23 Kasım 2021
393
0
Tarixdə Bu Gün - 23 Noyabr
1919 — Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı.
1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verdi.
1980 — İtaliyanın cənubunda baş verən 6,9 ballıq zəlzələ nəticəsində 5000-ə qədər insan həlak oldu, 250 min nəfər evsiz qaldı.
1987 — BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürdü.
1996 — Terrorçuların qaçırdığı Efiopiya Hava Yollarına məxsus Boeing-767 təyyarəsinin (şəkildə) Hind okeanına düşməsi nəticəsində təyyarədəki 175 nəfərdən 125-i həlak oldu.
2009 — Filippində törədilən və Maqindanao qətliamı adını alan hadisədə 34-ü jurnalist olmaqla, 58 nəfər vəhşicəsinə qətlə yetirildi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.