Vicdan və Ruh

16 Mayıs 2015
1 390
0
Vicdan və Ruh
Vicdan və Ruh

Quranda bildirildiyinə görə, nəfsin iki fərqli cəhəti olduğunu, bir qisminin həvadan, yəni Allah`ın yolundan saxlayan eqoist istəklərdən meydana gəldiyini bilirik. Nəfsin o biri qismi isə insanı Allah`a və Quran əxlaqına yönəldir, nəfsin içindəki fücurdan çəkinməsini təmin edir. Nəfsin bu qismi vicdandır.
İnsanın sahib olduğu bütün xüsusiyyətlər Allah`ın ona üfürdüyü ruhdan qaynaqlanır. İnsan əgər nəfsin istəkləri ilə deyil, vicdanı ilə hərəkət edərsə, Allah`ın bəyəndiyi sifətlərə yiyələnər. Allah sonsuz mərhəmətlidir, bu səbəbdən, Ona təslim olan mömin də mərhəmət sahibidir. Allah sonsuz ağıl sahibidir, bunun üçün Ona qulluq edən mömin də üstün bir ağıla sahib olar. İnsan Allah`a nə qədər yaxınlaşar, Ona nə qədər təslim olarsa, Rəbbimizin əxlaqı ilə daha çox əxlaqlanar və yaradılmışların ən yaxşısı (Beyyinə surəsi, 7) olar.
Daha əvvəl də ifadə etdiyim kimi, nəfsin içində insanı daim pisliyə çağıran həvaya qarşı, onu daim yaxşılığa çağıran vicdan da var. Bu səbəbdən, insan, içində özünü həmişə doğruya dəvət edən kompasa malikdir.
“Şəms” surəsində xəbər verildiyi kimi, Allah insana nəfsinin fücurundan çəkinməyi ilham edir. Bu ilham vicdandır. Bu səbəbdən, vicdan Allah`ın səsidir. İnsan bu səsə qulaq asdığı və Quranda göstərilən xususiyyetleri mənimsədiyi təqdirdə, doğru yolda irəliləyəcək. Quranın bütün hökmləri insanın vicdanına uyğun təyin olunmuşdur.
Ayələrə görə, inkar edənlər nəfslərinin fücuruna tabe olaraq azmışlar. Möminlər isə bunların əksinə, vicdanlarının səsini dinləyərək Allah`ın insanlara vəhy yolu ilə çatdırdığı Quran əxlaqına tabe olmuşlar.

müəllif:Aysel Vəlizadə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.