Bu ilin saç və makiyaj dəbi necə olacaq? - REPORTAJ

Bu ilin saç və makiyaj dəbi necə olacaq? - REPORTAJ
2017-ci ilin saç forması, rəngi və makiyajı ilə bağlı trendlər müəyyən olunub. Dəbdən geri qalmaq istəməyənlərin diqqəti bizdə olsun!

Stilist Anar Ağakişiyev trendləri APA TV-yə açıqlayıb: “2016-cı ildən qalan boz rəngli saçlar fevral ayının ortalarına qədər dəbdə olacaq. Sonrakı aylarda saç səbi dəyişəcək. Həddindən artıq uzun və bej, soyuq qızılı ton... Yaxında tamaşaçılar da nəyi nəzərdə tutduğumu anlayacaqlar. Makiyajda sadəlik dəbdədir”.

Göz makiyajında zərlərdən istifadə aktual olacaq. Əgər zər sevmirsinizsə, dodaq boyasında parıltıya üstünlük verə bilərsiniz. Bəs sənət adamlarının dəbə münasibəti stilisti qane edirmi?

Anar Ağakişiyev bu suala qətiyyətlə inkar cavabı verir: “Yox, qəti şəkildə. 5-6 nəfər, maksimum 10 nəfər. Onlardan biri və birincisi Röya xanımdır. Röya, Aygün, Günay, Tünzalə. Bəziləri dəbə uymağa çalışırlar. Hətta qazandıqlarının 7 qatını dəbə xərcləyirlər. Çünki sənətçi həm də görüntüdür. Öncə görürük, sonra eşidirik. Digərləri yox!”

Bəs sənət adamları dəbi izləyirlərmi? Onların imicində bu il hansı dəyişikliklər gözlənilir?

Əməkdar artist Tünzalə Ağayevanın dəbə münasibəti fərqlidir: “Dəb sənə yaraşandır. İzləyirəm. Son illər konkret bir şey yoxdur. Təbii saç çox dəbdədir. Amma qırmızı xalıya çıxanlara diqqət yetirsək, onlar 60-70-ci illərin dalğalı saçlarına qayıdıblar”.

Müğənni Eldar Qasımov isə minimalizmə üstünlük verir, klassik stili sevir. 2017-ci ildə ciddi dəyişiklik gözlənilmir: “İzləyirəm. Kanallardan xəbərim yoxdur, amma jurnallara baxıram. Dünya ulduzlarının nə geyindiyini izləyirəm. Öz dəbimi isə özüm yaradıram. İstədiyim geyimləri geyirəm. Artıq tikdirirəm. Ruhuma xoş gələn geyimləri geyinməyi sevirəm”.

Bəli, gözəllik ondur, doqquzu dondur. Nə geyinməyinizdən asılı olmayaraq, çalışın özünüz olun!


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.