Heydər Əliyev Mərkəzi haqqında

16 Kasım 2018
1 433
0
Heydər Əliyev Mərkəzi haqqında

Heydər Əliyev Mərkəzi - Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur.Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.Hazırda mərkəzin yerləşdiyi ərazidə əvvəllər Səttarxan adına zavod fəaliyyət göstərmişdir. Zavod 16 ha ərazini əhatə edirdi. Zavodun başqa əraziyə köçürülməsindən sonra, təmizlənmiş ərazidə inşaat işlərinə start verilmişdir.10 sentyabr 2007-ci ildə binanın özülü qoyulmuşdur.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi təsdiq edilmişdir.

Növü: Mədəniyyət mərkəzi
Memarlıq üslubu: Futurizm
Ünvan: Heydər Əliyev prospekti
Şərəfinə adlandırılıb: Heydər Əliyev
Təntənəli açılış tarixi: 10 may 2012-ci il
Memar: Zaha Hadid

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.