Azərbaycan ailəsi-2018 film festivalının qalibləri mükafatlandırılıb

Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq dördüncü ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2018” film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Ən yaxşı sənədli film Şəhriyar Camalbəylinin rejissorluğu etdiyi 13 ağsaqqal adlı sənədli film seçilib