Krem Şantili Cupcake - Resept + Video

Krem Şantili Cupcake - Resept + Video
Krem Şantili Cupcake (Kupkek, kapkek) hazırlaması çox asanddır və çay süfrələrinin bəzəyidir. Buyurun rahat Krem Şantili Cupcake (Kupkek, kapkek) resepti ilə tanış olun

Lazım olan ərzaqlar

Keks üçün

Yumurta: 3 ədəd
Şəkər tozu: 1 stəkandan biraz az
Süd: 1 stəkan
Qatıq: 2 qaşıq
Duru yağ: 1 kiçik stəkan
Kenton kakao: 2 yemək qaşığı
Un: 2,5 stəkan su
Kenton vanil: 1 paket
Kenton qabartma tozu: 1 paket


Krem şanti üçün:

Süd: 1 stəkan
Krem şanti: 1 paket
Damla şokalad
Rəngli dekorlar


Krem Şantili Cupcake (Kupkek, kapkek) Hazırlanma qaydası:
Keks üçün şəkər və yumurtaları dərin bir qabda mikserdə çırpırıq. Şəkər tamamiylə əriməlidir. Bunun üçün çəngəm və ya qaşıqla qarışdırmayın.

Şəkər tozu yumurtanın içərisində əridikdən sonra içərisinə qatıq, yağ və süd əlavə edin və mikserlə qarışdırmağa davam edin.

Daha sonra bunlara un, kakao, qabartma tozu və vanil əlavə idin və qarışdırmağa davam edin

Daha sonra kağız cupcakelerin yarısına kimi keks xəmiri ilə doldurun.

Bundan sonra cupcakeleri 180 dərəcə isidlmiş sobada bişirin.

Keklən bişdiyi müddətdə krem şantini hazırlayın. Bunun üçün bir paket krem şantinin içərisinə bir stəkan süd əlavə edin və mikserle qarışdırın.

Kekslər bişdikdən sonra sobadan çıxardın və soyumasını gözləyin.

Soyumuş cupcakelerin üzərini krem şanti, şokalad damlaları və rəngli dekorlarla bəzəyin.



1001dad.com
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.