"Buz Dövrü" adlı Şou

08 Ekim 2014
1 486
0
"Buz Dövrü" adlı Şou
"Buz Dövrü" adlı Şou

Burada nəzərinizə ən əsas şounun fonunda danışan aparıcının fikirləri çatdırılacaq!

Qarşılayın, Alyona Bobenko və Roman Kostomarov buz üzərində!!!

Bu nömrəni Aleksandr Julin səhnəyə qoyub və uşaqlar (Alyona və Roma) qeyd edirdilər ki, bu Azərbaycan rəqsidir, mahnı "in your dreams" (sənin arzularında) adlanır və müəllif Əlixan Səmədovdur (burada haşiyəyə cıxmağa tam haqqımız var! Bu bənzərsiz əsərin müəllifi, bəstəkarı unudulmaz Ələkbər Tağıyevdir, sözləri Mədinə Gülgünə məxsusdur. Əsərin adı isə "sən gəlməz oldun"dur. Fondakı aparıcı bu cür KOBUD səhvə yol vermişdir). İştirakçılarımızın geyimləri rəngarəngdir. Düzdür, əslində bizim şoudakı bütün iştirakçıların geyimləri rəngarəngdir. Birinci kanal əlindən gələni edib.



Çıxışın sonunda işlədilən xoş sözlər: Buz üzərində al-əlvan, parlaq, yadda qalan miniatür çıxış. Qəhrəman Bobenko bunu ötkəm, qürurlu, hətta küsmüş qadın personajı kimi başladı. Sonda, göstərilən diqqətdən, hisslərin yaranmasından sonra əsərin qəhrəmanı (A.Bobenko) əridi. Rəqs, artıq bir-birini sevən cütlük kimi başa çatır. Həmçinin, Azərbaycan koloriti çox gözəl nəzərə alınmışdır. Əllərin hər hərəkəti, oğlan iştirakçının hər bir diqqəti xüsusən qafqaz tərzinə, üsuluna uyğun biçilmişdir. Aleksandr Julinin maraqlı qərarı məndə çox gözəl təəssüratlar oyatdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.