Məmmədbağır Bağırzadə - Yadıma düşdü.

22 Ekim 2014
3 207
0
Məmmədbağır Bağırzadə - Yadıma düşdü.
Məmmədbağır Bağırzadə - Yadıma düşdü.

Başına döndüyüm gül üzlü sonam
Ömrümün ilk çağı yadıma düşdü
Şairlər vətəni bizim tərəflər
Tərlanlar oylağı yadıma düşdü
Sən bizim ellərin ruhinə bir bax
Bizdən inciməmiş bir əziz qonaq
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü

Göylərə baş çəkir Göyəzən dağı
Axşam açıq olur Ayın qabağı
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü
Sən bizim ellərin ruhinə bir bax
Bizdən inciməmiş bir əziz qonaq
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü

Sözləri: Səməd Vurğun
Bəstəkarı: Ələkbər Tağıyev


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.