Qeyri-adi illuziya

20 Ağustos 2014
2 023
0
Qeyri-adi illuziya
Qeyri-adi illuziya

Pepsi Max şirkəti London sakinlərini bir neçə saniyə "qeyri-adi” şeylərə: meteoritin düşməsinə, NUO-nun gəlməsinə, nəhəng dəniz ulduzunun hücumuna və s. inanmağa məcbur edib.

Londonda avtobus dayanacaqlarının birində, Pepsi Max içkisinin reklamı göstərilən xüsusi ekran quraşdırılıb.

Şəffalıq effekti olan bu ekranda inanılmaz reklam çarxları göstərilir. Bu reklam çarxları yoldan keçənləri bir neçə saniyəlik inanılması mümkün olmayan bəzi hadisələrə şahidlik etməyə məcbur edir. Təəccüblənmiş insanlar az qala onların üstünə düşəcək meteoritdən qorunmaq üçün kənara atılırlar. Avtobus gözləyən sərnişinlər, insanları yerin altına çəkən nəhəng dəniz ulduzundan, zooparkdan qaçan pələngdən, qatil-robotdan və yadplanetlilərdən qorxurlar.

Hər dəfə təəccüblənmiş insanlar reklam lövhəsinin arxasına baxaraq orda içkinin adını görürlər, amma o artıq ikinci dərəcəli maraq obyektidir. London sakinlərinin baş verən inanılmaz hadisələrə reaksiyasını əks etdirən videoya artıq 3 milyon adam baxıb.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.