“Norton Antivirus” tarixə qovuşdu

23 Ağustos 2014
1 535
0
“Norton Antivirus” tarixə qovuşdu
1991-ci ildən bəri ilk dəfə dünyanın ən populyar antivirus paketlərindən biri olan “Norton Antivirus” proqram təminatının növbəti versiyası satışa çıxarılmayacaq.

Proqramın istehsalçısı “Symantec” şirkəti bir neçə məhsulunu bir ad altında birləşdirməyə hazırlaşır.
Feat.Az “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sentyabrın 23-də özündə “Norton Antivirus”, “Norton Internet Security”, “Norton 360”, “Norton 360 Multi-Device” və “Norton 360 Premier Edition” funksionallığını birləşdirən “Norton Security” proqram paketi istifadəyə veriləcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda təxminən 50 milyon fərdi istifadəçi şirkətin ödənişli məhsullarından istifadə edir.



Redaktə etdi: .::CuPPuLu::.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.