Yuxuda yaxın qohumun öldüyünü görmək həqiqi həyatda nəyə yozulur?

11 Mayıs 2017
128 564
0
Yuxuda yaxın qohumun öldüyünü görmək həqiqi həyatda nəyə yozulur?
Yuxuda ölü ölüm görmək bir az cansıxıcı olsa da şərhi bir o qədər də elə sıxıcı deyil. Bu yuxunun şərhi müsbətdir. Yuxuda ölü görmək, sevdiyiniz bir kimsənin yaxın zamanda gələcəyinin xəbərçisidir. Xalq arasında məşhur olan təbiri isə ölən adamın ömrünün artdığına istiqamətlidir.

Yuxuda bir kimsənin öldüyünü görmək

Yuxunuzda bir kimsənin öldüyünü görmüşsəniz, bu yuxu ətrafınızda mənfi şərhləri və mənfi rəftarlarıyla enerjinizi oğurlayan biri olduğunun işarəsidir. Bu kəslərin sizə nəzər dəydirəbiləcəyi kimi, işlərinizlə və həyatınızla əlaqədar mənfi şərhlərinin təsiri altında da qala bilərsiniz. Bu tərz kəslərdən mümkün olduğu qədər uzaq dayanmaq lazımdır. Mənfi dünyagörüşünə sahib kəslər enerjinizi aşağıya çəktikçə, işləriniz də rast getməməyə başlayacaq.

Yuxuda ölən adamın tanımadığı bir qadın olduğunu görən kimsənin işlərində bir az çətinlik görünə bilər. Gəlirinizi itirməyəcəksiniz ancaq qısa müddətə gəlirinizdə azalma olacaq.

Yuxuda Həyat yoldaşının öldüyünü görmək

Yuxunuzda ölən adam ərinizsə və öldükdən sonra dirilirse, bu yuxu, alış-veriş işləriylə əlaqədar gəlir artımının müjdəçisidir.

Yuxuda oğlunun öldüyünü görmək

Yuxusunda oğulunun öldüyünü görən bir kimsə düşmənlərindən xilas olar.

İnsan yuxuda dünyasını dəyişibsə, real həyatda onun ömrü uzun olacaq.



Yuxuda öz ölümünü görmək sizi sevdiyiniz adamla uzun xoşbəxt həyat gözləyir. Belə yuxu ondan xəbər veriri ki, sizə Allahın Yerdə elçisi taleyi hazırlanıb. Dünyada çox mühüm adamın öldüyü görmək böyük peyğəmbərlikdir. Bu o deməkdir ki, yaxın vaxtlarda inkişaf etmiş ölkələrdən birində hakimiyyətə müdrik hökmdar gələcək və o, müxtəlif dövlətlərin sakinləri arasında sülh və barışı bəqrərar edə biləcək. Adamlar döyüşməyi və bir-birini lənətləməyi dayandıracaqlar. Yuxuda xəstə adamın ölümü gələcəkdə dəhşətli ədalətsizliklə üzləşəcəyinizdən xəbər verir. Sizə adamların əziyyət çəkəcəkləri sövdələşmə təklif edəcəklər. Ruhunuzun xilası qəbul edəcəyiniz qərardan asılı olacaq.Yuxuda çoxlu sayda adamın öldüyünü görmək pis əlamətdir. Belə yuxu milyonlarla Yer sakininin öləcəyi dəhşətli epidemiyadan xəbər verir. Bu xəstəliyə indi fikri dinlənilməyən şəxs dərman tapacaq. Yuxuda əzabla ölən şəxs görmək Avropanın inkişaf etmiş ölkələrdən birinin gələcək hakiminin başlayacağı nüvə müharibəsinə işarədir. Bu müharibə nəticəsində böyük dövlətlər Yür üzündən silinəcək, sağ qalan adamlar isə gec-tez yavaş, lakin əzablı ölümlə öləcəklər. Kliniki ölüm vəziyyətində olan adamı yuxuda görmək sizin uzun müddət keçmiş tanışlarınızın planlarından xəbərsiz olacağınız deməkdir. Təəssüf ki, onların öz planlarını həyata keçirmələri nəticəsində siz çox ciddi ziyan çəkəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.