14.11.2016 Gündəlik Bürclər (14 Noyabr 2016 Günlük Bürclər)

13 Kasım 2016
3 090
0
14.11.2016 Gündəlik Bürclər (14 Noyabr 2016 Günlük Bürclər)
QOÇ – Qarşınızda duran bu təqvimdə yalnız işgüzarlığınızı artırmalısınız. Yeni işlərə başlamaq haqqında sövdələşmələr aparın. Çünki bu addım böyük perspektivlərdən xəbər verir.

BUĞA – Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.

ƏKİZLƏR - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.

XƏRÇƏNG - İxtiyarınızda olan bu gözəl gün hamıdan çox sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.

ŞİR - Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.

QIZ - Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.

TƏRƏZİ - Sürprizlərlə dolu bir tarix yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.

ƏQRƏB - Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamların müdaxilələrinə fikir verməyin. Bürcünüzün "hakimiyyətdə" olduğu bu maraqlı gündə enerjinizi boş şeylərə görə itirməyin.

OXATAN - Saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməyə çalışın.

OĞLAQ – Qarşınızda kifayət qədər füsunkar bir təqvim durur. Xüsusən də nahardan sonra həyatdan zövq alacaqsınız. Bundan başqa gün ərzində bəzi sirləri açmaq imkanınız olacaq. Axşam qonaq gedin.

DOLÇA - Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.

BALIQLAR – Səhər saatlarında proseslər mənfi istiqamətdə cərəyan edə bilər. Bu səbəbdən bəzi məsələlərdə ehtiyatlı olmalısınız. Günortadan sonra nüfuzlu və etibarlı adamlarla görüşməyiniz vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.