Limonlu kremli sokoladli tort - HAZIRLANMA QAYDASI

Limonlu kremli sokoladli tort - HAZIRLANMA QAYDASI
Ərzaqlar
Xəmir üçün:

130 qram kərə yağı

3 yumurta

1 paket qabartma tozu

1 su stəkanı un

1 su stəkanı şəkər

3 çay qaşığı kakao

Krem üçün:

2 su stəkanı süd

2 xörək qaşığı mannı yarması

1 ədəd limon

1 su stəkanı şəkər tozu

250 qram yumşaldılmış kərə yağı

Şokaladlı qlazur üçün:

1/2 su stəkanı şəkər

2 xörək qaşığı kakao

3 xörək qaşığı süd

30 qram kərə yağı

1/2 çay qaşığı vanil

Hazırlanması

Limonlu kremli şokoladlı tortun hazırlanması üçün əvvəlcədən yumşaldılmış kərə yağı ilə şəkəri mikser ilə qarışdırın.
Yumurtaları əlavə edib yenidən mikser ilə qarışdırın. Sonra unu, kakaonu və qabartma tozunu əlavə edin.
Xəmir xama kimi olacaq.

Soba qabını yağlayıb soba kağızı kağızı qoyun. Alınmış məhlulu 180 dərəcədə 20-30 dəqiqə sobada bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Kremin haırlanması:

Südü qaynadın.
Üzərinə mannı yarmasını əlavə edib 3-5 dəqiqə bişirin.
Kənara qoyub soyudun.
Soyuduqdan sonra sürtgəcdən keçirilmiş limonu əlavə edib qarışdırın.

Yağ və şəkər tozunu mikser ilə şişənə qədər çalın.
Sonra yavaş-yavaş xörək qaşığı ilə hazırladığınız mannılı limonnu məhlulu üzərinə əlavə edin.
Krem hazırdır.

Bişirdiyiniz xəmiri iki hissəyə bölün.
keksin arasına krem çəkərək üst-üstə yığın.

Qlazurun hazırlanması:

Böyük olmayan qaba şəkər, vanil, kakao və südü əlavə edib odda qaynayana qədər qarışdıraraq bişirin. Soyudun.
Sonra kərə yağını əlavə edib mikser ilə qarışdırın.
Şokoladlı qlazur hazırdır.
Hazırladığınız tortun üzərinə qlazuru əlavə edin.

Nuş olsun!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.