Mal ətli qozlu salat resepti
Şəkildə 1 nəfərlik olduğuna mən sizə böyük boşqab üçün yazacam. 500 qr. mal əti
6 yumurta
6 turşu xıyar
2 diş sarımsaq
1/2 stakan qoz ləpəsi
duz
istiot
mayonez
Hazırlanması:
1. Mal ətini duzlu suda 1 saat bişiririk. Suyunu süzüb, uzunsov nazik kəsirik. Boşqaba düzülür, mayonez sürtülür.
2. Duzlu xıyarı sürtkəcin böyük gözündən keçirdirik. Suyunu süzürük. İçinə sürtkəcin xırda gözündən keçirilmiş sarımsaq əlavə edirik, qarışdırırıq. Düzürük ətin üstünə.
3. Yumurtaları suda bişiririk. Təmizləyib, soyuduruq. Sürtkəcdən keçirdirik. Başqaba xıyarın üzərinə yığırıq. Duz, istiot səpirik. Mayonez yayırıq.
4. Qoz ləpəsini bıçaqla kəsib, salata səpirik.
Nuş olsun!