Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri

29 Eylül 2022
5 446
0
Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri
Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri var. Hərflər vasitəsi ilə qarşı tərəflə rabitə yaradıldığı kimi, bu, rəqəmlərlə də mümkündür. Rəqəmlər insan həyatında böyük əhəmiyyətə malikdir. Danışmaq qədər mühüm olmasa da, əhəmiyyəti ondan çox da az deyil. İnsanın həyatda danışmağa ehtiyacı olduğu kimi, rəqəmlərdən istifadə etməyə də ehtiyacı var. Siz təsəvvür edin əgər rəqəmlər olmasaydı, bir şeyin sayını bildirmək necə və nə ilə mümkün olardı?

Dini ədəbiyyatda rəqəmlərin işlənmə yerlərinə baxdıqda bəzi rəqəmlərin başqalarına nisbətən daha çox işləndiyinin şahidi oluruq. O cümlədən o rəqəmlərin sırasında; 5, 7, 12, 14, 40, 70 və s. durur. Bunların da arasında işlənməsinə görə 40 rəqəmi daha çox gözə çarpır.

Quranda kəlmələrin sayı haqda olan tədqiqat
Misirli alim Əbdürrəzzaq Növfəl ilk dəfə olaraq Quranda həmcins, sinonim və antonim sözlər haqda tədqiqat aparıb. O bu işini kompüterlə edib. Bu alimin Quranda kəlmələrin sayı haqda apardığı tədqiqatın nəticəsi hər bir insanı heyrətə salır, Allahın necə də dəqiq olduğunu bir daha sübut edir.
Bu alimin tədqiqatının nəticələrinin bir qismini burada qeyd edirik:
1. Bildiyiniz kimi, bir ildə 365 gün 6 saat var. Quranda, ərəbcəsi "yövm" olan "gün" sözü müxtəlif yerlərdə 365 dəfə təkrar olunub.
2. "Şəhr" ərəb dilində "ay" deməkdir. Bu söz də Quranda 12 dəfə təkrar olunub; ilin aylarının sayı qədər.
3. Bəzi insanlar kişiləri qadınlardan üstün bir məxluq kimi qələmə verirlər. Lakin İslam dinində insanların üstünlüyü cinsinə görə yox, Allaha olan imanına görə təyin edilir. Quranda insanın üstünlük meyarının "təqva" olduğu qeyd olunmasından əlavə, hətta qadın və kişi kəlməsi də eyni sayda qeyd olunub. Belə ki, ərəb dilində kişi mənasını ifadə edən "rəcul" və qadın mənasını ifadə edən "imrəə" eyni sayda qeyd olunub.
4. Həm "dünya" və həm "axirət" sözləri Quranda eyni sayda, yəni 115 dəfə də işlədilib.
5. "Şeytan" və "mələk" sözləri də yenə eyni sayda, yəni hər ikisi 68 dəfə təkrar olunub.
6. "Həyat" və ondan alınmış sözlər Quranda 145 dəfə təkrar olunub. Ölüm" və ondan alınmış sözlər də 145 dəfə qeyd olunub.
7. "Salehat" (yaxşı işlər) və ondan alınmış sözlər Quranda 167 dəfə təkrar olunub. "Səyyiat" (pis işlər) və ondan alınmış sözlər də eyni sayda, yəni 167 dəfə təkrar olunub.

Dini mətnlərdə 40 ədədi
Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətən çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:
1. Peyğəmbərin (s) 40 yaşında peyğəmbərliyə çatması;
2. İnsan ağlının 40 yaşda ən üstün dərəcəsinə çatması;
3. Həzrət Musanın (ə) Tur dağında 40 gün qalması;
4. Bəni-İsrail qövmünün Allahın nemətinə küfr edib və buzova ibadət etməslərinə görə 40 il məhkum olmaları;
5. Şərab içən şəxsin 40 gün bədənində şərabın əsərinin qalması və 40 gün halal yeməklə şərabın təsirinin insan bədənindən çıxması;
6. 40 gün ət yeməyən insanın əxlaqı pisləşər;
7. 40 gün halal yeyən insanın qəlbini Allah nurlandırar;
8. 40 mömin üçün dua etmək;
9. 40 hədis əzbərləyən və həyatında icra edən qiyamət günü fəqih və alim kimi olar;
10. Ölülər üçün qırx mərasimi keçirmək.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.