01.10.2022 Gündəlik Bürclər (1 Oktyabr 2022 Günlük Bürclər)

30 Eylül 2022
14 920
0
01.10.2022 Gündəlik Bürclər (1 Oktyabr 2022 Günlük Bürclər)
Qoç
Sakit gündür. Yaranmış şanslardan istifadə edin. Planlarınızda dəyişikliklər etməli olacaqsınız. Dostlarla planlarınızı bölüşməyə çalışın. Ailədə rahat və münasib situasiyanın bərqərar olmasına can atın.

Buğa
Yaranmış şəraiti diqqətlə izləyin ki, əlverişli məqamı qaçırmayasınız. Təhsil, tədris, idman, səfər, mədəni tədbirlər və əyləncə üçün yaxşı vaxtdır. Şəxsi münasibətlər müstəvisində vəziyyət dəyişməz olaraq qalacaq.

Əkizlər
Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil. Axşam saatları sakit istirahət üçün müvafiq vaxtdır.

Xərçəng
Qarışıq gündür. Yaradıcılıqla bağlı işlərdə iirəliləyişlər olacaq. Fitnələrdən uzaq olun. Əks cinsin mənsubu ilə münasibətlər pozula bilər. Streslərdən yaxa qurtarmaq üçün dincəlin.

Şie
Uğurlu gündür. Məqsədinizə çatmaq üçün səy göstərin. Bu gün ətrafdakılarla dil tapacaqsınız. Ehtimal ki, yeni romantik münasibət formalaşacaq.

Qız
Sərfəli və gəlirli təkliflər gözlənilir. Yeni tanışlıqlar faydalıdır. Onlar təsəvvür etmədiyiniz nəticələr verə bilər. Axşam saatlarında istirahət edin, dostlarla əlaqə saxlayın.

Tərəzi
Işdə münasibətlər gərginləşəcək. Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən öz həllini tapacaq. Zəhmətiniz nəticəsiz qalmayacaq.

Əqrəb
Gərgin gündür. Ehtimal ki, yaxın vaxtlarda yeni ideyalarınızı reallaşdıracaqsınız. Günün ikinci yarısında daha çox fiziki işlə məşğul olun. Görüş təyin etmək üçün əlverişli gündür.

Oxatan
Bu gün düşünülməmiş addımlara yol vermək olmaz. Səbirli olun, təlaşlanmayın. Günün ikinci yarısında ehtiyatlı, diqqətli olun. Axşam saatlarında yeni ideyanızı reallaşdıra biləcəksiniz.

Oğlaq
Günün ikinci yarısı daha uğurlu olacaq. Yeni təkliflər gözlənilir. Yaxşı düşünün ki, ən sərfəli variantı seçə biləsiniz. Əlverişli imkanlardan istifadə edin. Axşam saatlarında dincəlin.

Dolça
Gərgin işə hazır olun. Başlanmış işləri başa vurun, yarımçıq iş saxlamayın. Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır. Axşam saatlarında yeməyinizə fikir verin.

Balıqlar
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.