Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz!

30 Eylül 2022
5 508
0
Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? - Bunu bilməlisiniz!
Bizim nənələrimiz həmişə deyirdilər ki, ölmüş insan hər hansı təhlükədən bizi xəbərdar etmək üçün yuxumuza gəlir. Həyatınızda baş verəcək dəyişikliklər haqqında o biri dünyadan bir ismarıc göndərir sanki.... Bu yolla ölmüş insan bu dünyaya informasiya çatdırmağa çalışır.

Feat.Az bildirir ki, yuxulara nəzarət etmək çətindir, amma deyilənlərə diqqətlə qulaq asmağa və hər şeyi yadda saxlamağa çalışmaq lazımdır.

Çox vaxt onların dediyi gerçək olur. Ölmüş insanın arxasınca getmək, xəstəliyin, uğursuzluğun və ya ölümün xəbərçisidir.

Bəzən də deyirlər ki, əgər yuxuda ölən insanı gördünsə, bu, havanın dəyişməsinə bir siqnaldır.

Dünyasını dəyişən yaxın dostunun səsinin yuxuda eşidilməsi pis hadisə baş verəcəyindən xəbər verir.

Əgər insan ölüm haqqında yuxu görürsə, bu, hansısa hadisədən xəbərdarlıq edildiyinə işarədir.

Əgər insan dünyasını dəyişmiş atasını yuxuda görürsə, bu, o deməkdir ki, həmin şəxs qurduğu planları diqqətlə nəzərdən keçirməlidir.

Əgər insan yuxuda dünyasını dəyişmiş anasıyla söhbət edirsə, bu, o deməkdir ki, həmin insan sağlamlığına diqqət yetirməlidir. Eyni zamanda öz vərdişlərinə kənardan baxmalıdır.

Rəhmətə gedən qardaşı yuxuda görmək isə kiməsə qayğının, dəstək və şəfqətin ehtiyacı olduğuna işarədir.
Mənbə:azadqadın.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.