Qozlu kreml salatı resepti

23 Eylül 2022
3 501
0
Qozlu kreml salatı resepti
Tərkibi:
3 ədəd orta ölçülü kartof,
3 ədəd kök.
3 ədəd yumurta,
250 – 300 q. kələm,
100 q. qoz ləpəsi,
Mayonez,
Duz,
İstiot.

Hazırlanması:

Kreml salatı hazırlamaq üçün kartof və yumurtanı əvvəlcə qaynadın.
Kələmi xırda – xırda doğrayıb duzlayın.
Suda bişmiş kök, kartof və yumurtanı sürtgəcdən keçirdin.
Qozu doğrayın.
Kreml salatı tort səklində bu qayda ilə yığın.
1. Əvvəlcə alt təbəqəyə kartof, mayonez, duz, istiot qoyun.
2. İkinci təbəqəyə kök, mayonez, duz, istiot əlavə edin.
3. Üçüncü təbəqəyə yumurtanın sarısı, mayonez, duz, istiot düzün.
4. Dördüncü təbəqəyə kələm, mayonez və istiot əlavə edin.
5. Beşinci təbəqəyə umurtanın ağı, mayonez, duz, istiot əlavə edin.
6. Salatın üzəri üçün qoz ləpəsindən istfadə edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.