Böyürtkənli püstəli kofeli keks resepti

26 Mayıs 2019
1 038
0
Böyürtkənli püstəli kofeli keks resepti
Tərkibi:
250 qram 15%-li xama
200 qram kərə yağı
3 yumurta
2 su stəkanı qəhvəyi şəkər
300 qram un
1 xörək q. üyüdülmüş püstə
4 xörək q. üyudulmüş kofe
Duz zövqə görə
1 paket qabartma
200 qram böyürtkan giləmeyvəsi

Hazırlanması:

Unu duz, qabartma tozu və üyüdülmüş püstə ilə qarışdıırn.
Başqa bir stəkanda 2 xörək q. kofeyə 3 xörək q. qaynar su tökün və soyumağa qoyun.
Yumşalmış kərə yağını 1 stəkan qəhvəyi şəkər ilə mikserlə çalın.
Qalan yumurtaları da əlavə edin və mikseri söndürmədən dəmlənmiş kofe və xamanı da qarışığa qatın.
Un, 100-150 qram böyürtkan giləmeyvəsi əlavə edin və qarışdırın.
Dairə formasında olan soba qabına yağlı kağız qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
Diş çöpü ilə bişməyini yoxlayın.
Siropu hazırlayın.
Bir qabda 1 su stəkanı qaynar su, qalan şəkər və 2-3 xörək q. kofeni odda şəkər əriyənə qədər qarışdırın.
Bişmiş keksi qabdan çıxartmadan diş çöpü və ya taxta çubuq ilə çoxlu deşiklər açın və siropu üstünə tökün.
5 dəqiqə yenə sobada bişirin.
Hazır olduqda soyuduqdan sonra üstünə böyütkan düzün və şəkər tozu səpin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.