Qara Gavalılı Karamelli Sırnik Resepti

Qara Gavalılı Karamelli Sırnik Resepti
Ərzaqlar

1,3 su stəkanı un



120 qram kərə yağı



2 xörək q. xama



2 xörək q. kakao



2 xörək q. şəkər



1 paket qabartma tozu



400 qram kəsmik



180 qram bişmiş süd



2 xörək q. nişasta



2 yumurta



150 qram qara gavalı


Hazırlanması

Qara gavalını 15 dəqiqə suda isladın.

Yumşalmış yağı, kakaonu, şəkər və xamanı bir qabda qarışdırın.

Una qabartma tozu və vanel qatın və yağa əlavə edib xəmir yoğurun.

Xəımirin 1/3 hissəsini soyuducuya qoyun.

Qalan xəmiri 18-20 sm diametrli yumru formada yanı hündür soba qabına yanlarını da tutumaq şərti ilə yerləşdirin.

İçlik üçün kəsmik, bişmiş süd, nişasta, yumurtanı mikserlə çalın.

Formaya xəmirin üstünə qara gavalıları yığın.

Üstünə kremi tökün.

Qalan xəmiri sürtgəcin iri gözündən keçirdib için üstünə səpin.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.

Soyuduqdan sonra üstünü istəyə uyğun olaraq bəzəyə bilərsiniz.



Nuş olsun!


Qara gavalılı karamelli sırnik qonaqlarınızı təəccübləndirəcək şirniyyatlardan biridir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.