Kremli almalı keks - Resepti
Ərzaqlar
1 qutu çiy krem ( 200 gr)
1 su stəkanı şəkər.
3 yumurta.
1 paket vanil şəkəri.
1,5 paket qabartma tozu.
Təxminən 4 su stəkanı un.( keks xəmirindən olduqca qatı bir xəmir olmalıdır)
5-6 ədəd alma ( soyulmuş, çəyirdəkləri çıxardılmış, barmaq qalınlığında dilimlənmiş)
1 yemək qaşığı qəhvəyi şəkər.( almaların üzərinə səpmək üçün, normal şəkər də ola bilər)
Hazırlaması
1 Paket çiy kremi qaba qoyaq və mikserlə çalaq. ( Kremşanti kimi olana qədər çalın.)
Üzərinə şəkər, yumurta, vanil əlavə edək və çalaq.
Un və qabartma tozunu az az əlavə edək və qatı keks xəmiri əldə edək.
Bişirmə kağızı sərilmiş qaba xəmiri yayaq, düzləşdirək.
Dilimləyib şəkərdə saxladığınız almalarınızı xəmirin üzərinə yerləşdirək.
əvvəlcədən isidilmiş 200 dərəcədə 10 dəqiqə bişirək.
Temperaturu 180 dərəcəyə azaldaq və təqribən 30 dəqiqə bişirək.
Sonra üzərinə kərəyağında badam qovurub, əlavə edək.
Nuş olsun!