Badamlı mini kekslər resepti
Tərkibi:
1 paket marqarin
1 su stəkanı şəkər tozu
3 ədəd yumurta
Yarım su stəkanı süd
2 su stəkanı un
1 ədəd rəndələnmiş limon qabığı
1 paket qabartma tozu
1 paket vanil
1 su stəkanı döyülmüş acı badam
Hazırlanması:
Marqarin və 1 su stəkanı şəkər tozu mikserlə təxminən 10 dəqiqə çırpın. Yumurtaları tək-tək əlavə edin. Bu vaxt çırpmağa davam edərək südü əlavə edin. Süd yaxşıca qarışdıqdan sonra unu, vanil və qabartma tozunu əlavə edin. 5 dəq. çırpdıqdan sonra 1 su stəkanı döyülmüş acı badamı əlavə edin.
Badamı əlavə etdikdən sonra çox az çırpın. Hazırladığınız keks qarışığını kiçik keks qəliblərinə tökün. Əvvəldən isidilmiş orta dərəcəli sobada təxminən 1 saat bişiririk. Soyuduqdan sonra süfrəyə xidmət edirik.
Nuş olsun!