Albalılı tort Resepti
Biskvit üçün:
6 ədəd yumurta,
1 st. şəkər tozu,
1 paket qabartma tozu,
1 paket vanil,
1 st. biskvit unu
İçlik üçün:
qatılaşdırılmış süd,
şokolad,
biskvit ovuntuları,
dondurulmuş albalı
Krem:
zövqə görə istənilən kremdən istifadə edə bilərsiniz;
Hazırlanması:
Biskivitinizin bişəndən sonra sönməməsi, yüngül və yumuşaq olması üçün əvvəlcə biskvit unu hazırlamalıyıq. Bunun üçün 1 st. adi unun üzərindən 2 x.q. qaşığı götürüb, əvəzinə qarğıdalı nişastası əlavə edirik. Daha sonra bu qarışımı ən az 5 dəfə ələyirik. Nə qədər çox ələnsə bir o qədər yüngül olar. Beləliklə biskvit unumuz hazırdır.
Əvvəlcə şəkər tozu və yumurta ağını 7-10 dəqiqə mikserlə çalırıq. Rezin “spatula” və ya taxta qaşıqla ağların üçdə bir hissəsini sarılara əlavə edib, yavaşca qarışdırırıq. Sonra biskvit ununun yarısını da əlavə edib, yenidən qarışdırırıq (MİKSERLƏ DEYİL!). Daha sonra ağların üçdə bir hissəsini də əlavə edib qarışdırırıq. Qalan unu, vanil və qabartma tozunu da əlavə edib qarışdırırıq. Axırda isə qalan ağları əlavə edib kütlələr bir-birinə yaxşı yedirilənədək qarışdırırıq. Qarışdırmağı sərt hərəkətlə deyil, yumuşaq hərəkətlə edin. Çox qarışdırmayın, yoxsa şişi yatar.
*Qeyd. Yumurtalar otaq temperaturunda, qarışdırdığımız qab isə quru olmalıdır.
Hazırladığımız xəmiri soba qabına tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada 20-30 dəqiqə bişiririk.
Biskvitimiz soyuduqdan sonra bıçaq və ya sapın köməyilə iki hissəyə ayırırıq. Ortasından biraz ovuntu götürürük. Ayrı bir qabda bu ovuntular, qatılaşdırılmış süd, şokolad qırıqları və dondurulmuş albalını qarışdırırıq.
Biskvitin bir qatını kremləyib, üzərinə hazırladığımız qarışımı qoyuruq, daha sonra digər qatı yerləşdirib, tortun hər tərəfinə krem çəkirik. Üzərini mastikayla zövqə görə bəzəyə bilərsiniz.
Nuş olsun!