01.04.2017 Gündəlik Bürclər (1 Aprel 2017 Günlük Bürclər)

31 Mart 2017
5 908
0
01.04.2017 Gündəlik Bürclər (1 Aprel 2017 Günlük Bürclər)
QOÇ – Günün tələbi odur ki, həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun.

BUĞA - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki elə səhər saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.

ƏKİZLƏR – Saat 14-ə qədərki vaxtı səbrlə başa vursanız, qalan müddətdə hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir.

XƏRÇƏNG – Öz bürcünüzün “hakim” dövrü olsa da, bu, bədbin ovqatınıza heç bir müsbət təsir göstərməyəcək. Çünki bu bədbinliyi özünüz yaradırsınız. Odur ki, baxışlarınızda köklü dəyişikliklər etməyə çalışın.

ŞİR - Revmatik probleminiz varsa, bir qədər diqqətli olmalısınız. Gün ərzində yeni simalarla tanış olacaqsınız ki, bu da gələcəkdə işlərinizin sürətlənməsinə təkan verəcək. Nahardan sonra şəxsi büdcənizdə müəyyən artımlar olmalıdır.

QIZ - Kifayət qədər düşərli bir zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də siz olacaqsınız.

TƏRƏZİ - Planetlərin bürcünüzdəki neqativ düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın.

ƏQRƏB - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək.

OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, saat 11-dən etibarən çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız.

OĞLAQ – Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu gün iş yerini dəyişmək fikrinə də düşməməlisiniz.

DOLÇA - Bu təqvimdə sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız nahar vaxtı xırda mübahisələriniz mümkündür.

BALIQLAR – Hansısa narahatçılığa əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Bu gündən etibarən fəaliyyətlə bağlı geniş imkanlar yaranacaq. Heç bir olayı mistikləşdirməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.