15.11.2017 Gündəlik Bürclər (15 Noyabr 2017 Günlük Bürclər)

14 Kasım 2017
5 044
0
15.11.2017 Gündəlik Bürclər (15 Noyabr 2017 Günlük Bürclər)
Qoç - İttiham və giley-güzarınızı bir tərəfə atın. İndiki çətin mərhələdə bu hal heç bir müsbət nəticə verən deyil. Danışmaqdansa enerjinizi toparlayıb yarımçıq işlərinizə davam edin.

Buğa - Bu gözəl təqvimdə hər kəslə duyğusal davranın. Kiminsə qəlbini qırmağa, zəhmətini aşağılamağa çalışmayın. Saat 16-19 aralığında olduqca uğurlu mərhələdən keçəcəksiniz.

Əkizlər - Bürcünüzdə aktivləşən planetlər sizə primitiv görünən bəzi məsələlərin aktivləşməsinə səbəb olacaq. Amma gərək özünüz də fəal olasınız. Doğmalarınızla münasibətləri qaydasına salın.

Xərçəng - Nəzərinizə çatdıraq ki, bu gün planlarınız kosmik sürətlə reallığa yaxınlaşacaq. Etibar etdiyiniz adamların dəstəyindən də yararlanmağa çalışmalısınız. Uzaq yola şıxmaq fikrinə düşməyin.

Şir - Səhər saatlarından ovqatınız bir qədər aşağı olsa da, saat 11-dən sonra hər hansı gərginliyin şahidi olmayacaqsınız. Bu gün aldığınız bütün işgüzar təklifləri qəbul edin.

Qız - Həftə ərzində görəcəyiniz bütün işləri nahara qədər qətiləşdirin. Əks təqdirdə sonra buna vaxt tapmayacaqsınız. Bu gün səfərə çıxmaq, pul riski etmək uğursuzdur.

Tərəzi - Sizi indiki passiv nöqtədən tərpədə bilən adamlarla rastlaşacaqsınız. Bu səbəbdən ünsiyyətdə olduğunuz hər kəslə mülayim davranın. Bütün astroloji mənbələr qurtulacağınızı bildirir.

Əqrəb – Fəaliyyət göstərdiyiniz obyektlərdə mümkün qədər mübahisələrdən qaçın. Əks təqdirdə iş qrafikiniz pozulacaq. Ulduzlar qarşı tərəfin obyektiv fikirlərinə hörmətlə yanaşmağı tövsiyə edir.

Oxatan - Bütün vacib planlarınızı günün birinci yarısına təyin edin, xüsusən də əgər bu, iş və maliyyə ilə bağlıdırsa. Nahardan sonrakı müddətdə isə daha çox neytrallıq nümayiş etdirin.

Oğlaq - Daxili səsinizə qulaq asın. Düşünməyin ki, hər şeyin sonudur. Əgər bunu bacarsanız, təxminən saat 12-dən etibarən proseslərin müsbətə doğru dəyişməsinin şahidi olacaqsınız.

Dolça - Günün ümumi mənzərəsi qənaətbəxş olduğundan nəzərdə tutduğunuz işlərin böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Bu istiqamətdə sizə köməklik göstərənlər də olacaq.

Balıqlar - Fəaliyyətinizdə mövcud olan boşluqları doldurmaq üçün mütləq təcrübəli, həm də etibarlı insanların məsləhətlərindən yararlanın. Unutmayın ki, "qara zolağ"ın sonuna çatmısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.