Qırmızı saç boyası təbii yolla necə dəyişdirilə bilər?
Qırmızı saç boyası istifadə edənlər bilər ki qırmızı, çox axan və davamlı boya istəyən bir rəngdir, qırmızı saçdan xilas olmaq da bir o qədər çətindir. Saçınızı təkrar köhnə rənginə çevirmək ya da başqa bir rəngə keçmək əksəriyyətlə uzun sürən, yoran bir müddətdir. Ancaq aşağıda izah edəcəyimiz texnikaları tətbiq edərək qısa müddətdə qırmızı saç boyasından xilas ola bilərsiniz. Yeni bir rəngə alışmaq hər nə qədər çətin olacaqsa da…
Saç boyasını axıtmaq…
Əvvəlcə saçlarımızda olan qırmızı boyanı mümkün olduğunca sürətli bir şəkildə axıtmalıyıq. Bunun üçün rəng açıcı istifadə edə bilərsiniz, lakin bu sizing saçınızın sağlamlığına ziyan verə bilər. Odur ki, mümkün olduğunca təbii yollarla saç boyanızı axıtmanız lazımdır.
Karbonat və C vitamini üsulu saç rənginizi əvvəlki təbii rənginə qaytara bilərsiniz.
- Şampununuzun içinə atdığınız 3 yemək qaşığı karbonatla saçlarınızı yuyun və 5 - 10 dəqiqə arası gözləyib durulayın
- 10 tablet C vitamini kapsulasını bir qabda əzib üzərinə şampununuzdan əlavə edin, sonra yaxşıca qarışdırıb saçınıza sürün. 45 dəqiqədən sora saçınızı durulanın.
Bu iki üsulu da istədiyiniz nəticəni əldə edənə qədər istifadə edə bilərsiniz. Sadəcə olaraq saçlarınıza mütləq maskalarla, baxım kremləri ilə qulluq etməyi unutmayın