Bu makiyaj hiylələri ilə qüsurları gizlədin.
Üzünüzdə bəyənmədiyiniz qüsurlarınızı gizlətmək istəyirsiz? O zaman alın əlinizə sehirli çubuğu, keçin güzgünün qarşısına, bir-bir bu hiylələri tətbiq edin.
Uzun önə çıxıq çənə
Əgər çənənizin önə çıxdığını düşünürsüzsə, tək etməniz gərəkən üzünüzə vurduğunuz tonal krem və pudranın iki ton daha tündünu çənə altına vurmaqdır.
Boynunuza da sürtmənizin səbəbi aradakı fərqin çox bəlli olmamasıdır. Bu makiyajı edərkən gözlərinizi daha çox önə çıxartmalısız. Kipriklərinizi qıvırın və tuj çəkin. Dodaqlara isə canlı rəngdə dodaq boyası çəkin.
Sümüklü dik burun
Bunun üçün göz, dodaq və almacıq sümüklərinizi önə çıxaracaq makiyaj edin. Dodaqlara açıq tonda boya sürtün.
Gözaltı qaradırsa, burnunuz da çox bəlli olacaq. Gözaltı qaralmaları qapadın və almacıq sümüklərə dəriyə uyğun tonda ənlik sürtün.
Canlı gözlər
Gözləriniz çox çuxurda, yorğun görünürsə, parıltılı bir göz kölgəsi istifadə edin. Göz qapağının üzərinə bir eyeliner çəkin.
Gözləriniz bir-birinə çox yaxındırsa, açıq ton göz kölgəsini ucundan ortasına kimi çəkin. Göz sonuna kimi isə tünd rəng göz kölgəsi vurun. Göz kənarlarında çox cizgi varsa, qapadıcı vurun. Tonal kremin bu qapadıcıdan açıq olmasına diqqət edin.
Yuvarlaq üz
Üzünüz yuvarlaqdırsa, almacıq sümüklərinizi bir az geri gizlətmək lazımdır.
Gicgah, almacıq və çənə sümüyünə fırça ilə bürünc ənlik sürtün. Daha açıq tonla alın, burun və çənə ucunu vurğulayın.
İncə dodaqlar
Dodaqlarınız nazikdirsə, dodaq qələmini səliqəli çəkmək dodaqları qalın göstərəcək.
Açıq rəngli dodaq qələmini bilinməyən şəkildə vurun. Daha sonra dodağınızın içini həmin qələmlə boyayın və qələmlə eyni tonda bir dodaq boyası çəkin.
Düşük qaşlar
Diş fırçası götürüb qaşları yuxarıya doğru fırçalamaq lazımdır. Sərt şəkildə fırçaladıqdan sonra əlinizə jele alıb qaşlarınıza vurun. Sonra yenə fırçalayaraq jele artıqlarını təmizləyin.
Qısa boyun
Boynunuzun qısa olduğunu düşünürsüzsə, etməniz gərəkən tək şey halqa sırğa taxmaqdır.