Bu adada pişiklərin sayı insanların sayından 6 dəfə çoxdur

04 Mart 2015
1 430
0
Bu adada pişiklərin sayı insanların sayından 6 dəfə çoxdur
Yaponiyada yerləşən Aoshima adasında pişiklərin sayı insanların sayından bir neçə dəfə çoxdur
Bu adada pişiklərin sayı insanların sayından 6 dəfə çoxdur
Yaponiyanın cənubunda yerləşən və əsasən balıqçılıığı ilə məşhur olan Aoshima adası, digərn şəhər və yaşayış məntəqələrindən pişiklərin sayına görə fərqlənir. İNterAz-ın verdiyi məlumata görə, sanki pişiklər şəhərini xatırladan adada, 22 nəfərə 120 pişik düşür. Bu isə adam başına 6-dan çox pişik deməkdir.

Adada yaşayan insanların böyük əksəriyyəti təqaüdçü və gəmi sahibidirlər. Onlar pişiklərdən gəmilərinə girən siçanları təmizləmək üçün istifadə etdiklərinə görə, pişiklərin çoxluğundan şikayətçi deyillər.

1945-ci ildə 900 adamın yaşadığı Aoshima adasından sakinlərinin iş tapmaq üçün böyük şəhərlərə köç etməsi nəticəsində tərk edilən evlər pişiklərin məskəninə çevrilib. Bu isə pişiklərin sayının sürətlə artmasına gətirib çıxarıb.

Adada restoran, pansionat, market və digər iaşə obyektlərinin olmamasına baxmayaraq, turistlər və pişik sevərlər çox vaxt adaya axın edirlər. Pişiklər, də öz növbələrində turistlərin verdikləri yeməklərindən imtina etmirlər.

44 min kvadratmetrlik əraziyə malik adada yaşayanlar da pişikləri görməyə gələn turistlərdən razıdırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.