Feat.Az

Deputat Tarif Şurasını və məmurları «topa tutdu» - VİDEO

Xəbərlər / Xəbər / Azərbaycan / Video / Video Çarxlar
08 Dekabr 2016
180
0
Deputat Tarif Şurasını və məmurları «topa tutdu» - VİDEO
“Əl çəkmək lazımdır bu korrupsiyadan, insanın nə qədər villası olar?”
Yevda Abramov: “Qazın və işığın qiymətini qaldırmaqla, xalqın boğazından yapışmaqla, bu məmurlar nə əldə etmək istəyir?”


Milli Məclisin iclasında iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Qubadan seçilmiş yəhudi əsilli deputat Yevda Abramov da çıxış edib. O, çıxışına həmkarlarını təbrik etməklə başlayıb. “Bu gün Şərqdə ilk dəfə demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin dönəmində ilk Parlamentin yaranmasından 98 il ötür. Bu gözəl və möhtəşəm tarix münasibətilə hər birinizi təbrik edirəm. Bu cür möhtəşəm tarixi günü heç vaxt unutmamalıyıq”.




O, daha sonra Tarif Şurasının kommunal xidmətlərin qiymətinin artırması ilə bağlı qərarını və bəzi məmurları tənqid edib. “Mən iqtisadçı deputat deyiləm, amma 12 il sərasər büdcə haqqında fikirlərimi deyirəm. Ola bilər, hardasa emosional danışıram, bunu boynuma alıram və üzr istəyirəm. Amma hər dəfə xalqın sözünü demişəm, kimləsə şəxsi-qərəzliyim yoxdur. Mən bu Tarif Şurası haqqında danışmaq istəyirəm. Mən bilmirəm Şura hər dəfə bu qərarı qəbul edəndə hansı arqumenti əsas götürür? Bəlkə orda bizim bir deputat olmalıdır ki, qərar veriləndən sonra onu əsaslandıran arqumentləri bizə çatdırsın. Mən bu artımla razlı deyiləm. Orda faizlər gösrtərilib ki, qiymət artımı 62 və 72 faiz əhaliyə təsir etməyəcək, mən bu rəqəmə inanmıram. Bu rəqəm yoxsulluq faizidir, bu da prezidentin siyasi kursuna ziddir. Bu rəqəmlər göstərir ki, əhalinin yoxsulluq faizi çoxdur. Deyirlər, az yandırarlar, deməli, gücləri çatmır”.

Y.Abramov deyib ki, qaz və işığın qiymətinin artımına görə büdcəyə yönələcək 300 milyon manatı tapmaq böyük bir problem deyil: “Onu dövlətdən də dotasiya şəklində götürmək, yaxud kvotanı artırmaq olardı. Qərar elə bir vaxtda qəbul edilib ki, Qubaya 20 sm qar yağıb, 12 dərəcə şaxta var. Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı belə bir çətinliyə salmaq zamanı deyil.

Referendumda xalq prezidentə səs verdi. Ancaq bir neçə ay sonra mən bilmirəm məmurlarımız, bəzi insanlarımız belə bir ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünüb? Mən buna şübhə ilə yanaşıram. Yaxşı, qazı bahalaşdırırıq, amma bu qazın keyfiyyətinə fikir verən varmı?”

Deputat Tarif Şurasının qərar qəbul edərkən hansı arqumentləri əsas götürdüyünü anlamadığını da bildirib.

Y.Abramov Qubadakı soyqırımı muzeyindən narahatlığını da bildirib: “Soyqırımı muzeyinə hər gün xarici qonaqlar gəlir. Hər gün biz ordayıq. Amma ordakı vəziyyəti bilirsiniz. Oqtay müəllim, oranın işığı yanmır. Təsəvvür edirsiniz, soyqırımla bağlı muzeyə işıq verilmir".

Yevda Abramov valyuta bazarındakı problemlərə də toxunub. “Bir gündə dollar 5 manat fərqlə qalxıb - düşdü. Kim diktə edir «qara bazara»? Hardadır, kimin maşınının baqajındadır bu qədər vəsait? Valyutadəyişmə bazarını kim ləğv etdi? «Qara bazar»a yeni imkanlar yaratdıq. Effekt də vermədi. Rusiyada da bənzər hadisə var. Amma Rusiya bu xəstəliyi belə keçirmir. Dərin dövlətlər neft ölkələrini çökdürmək üçün bu musiqini çaldırırlar”.

Deputat məmurlara üzünü tutaraq deyib ki, o hər dəfə büdcəyə səs verəndə xeyir-dua da verir: “Deyirəm, büdcəmizdən haram əllər kəsilsin, haram gözlər kor olsun. Amma nə xeyri? Danışmamaq olmur, danışanda da bəzi insanlar incik düşür. Amma burda susub oturmaq da olmur axı! Mən bu gün büdcədən rayonum üçün nə pul istəyirəm, nə də heç nə. Amma elə şey var ki, məmurdan çox şey asılıdır. Əl çəkmək lazımdır bu korrupsiyadan, bu millətə yaxın getmək lazımdır! 4-5 il də yaxşı yaşamayaq. İnsanın nə qədər villası olar? Dağda ev, bağda ev, dəniz qırağında ev…Mən Qonaqkənddə oldum, nə qədər qoyun sürüləri qışlağa gedir. Mən soruşdum, kimindir, burada demək istəmirəm”.

Deputatın çıxışına reaksiya verən spiker Oqtay Əsədov bildirib ki, kvota məsələsində 62 faiz o demək deyil ki, onların hamısı yoxsuldur: “Onların arasında 4 otaqlı evləri olanlar da var. Mənim fikrim sizin çıxışa müdaxilə etmək deyildi. Mən kimsəyə müdaxilə etmirəm, sadəcə dedim biləsiz”.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz