Sabaha olan hava proqnozu, dərəcə, gündüz, olacaq, yerlərdə, gözlənilir, keçəcəyi, yağmursuz, duman, küləyi, temperaturu, Havanın, əsəcək, rayonlarında, əsasən, Dekabrın, yarımadasında, Abşeron, şəraitinin, Bakıda, dağlarda
Ana səhifə

Sabaha olan hava proqnozu

29 Dekabr 2016
412
0
Sabaha olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında


Dekabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz